Hər zaman Qərbi işğalçılıqda, müstəmləkəçilikdə tənqid etdiyim üçün bəziləri məni qınayırdı ki, belə olmaz, sən super dövləti nahaq ittiham edirsən. onu nahaq tənqid edirsən filan.
Amma indi artıq mənə haqq qazandırırlar ki, sən haqlıymışsan.
Söhbət ondan gedir ki, Amerika sən, okeanın o tayından nə səbəbə İrana hücuma keçmisən? Yuxu görmüsən? Məgər nüvə silahına sahib olan və ya olmağa cəhd edən dövlət tək İrandır? Belə çıxır ki, sənin ola bilər, başqasının yox?
Bu ədalətli və demokratik ideyadır? Axırıncı yuxunda, Hörmüzün Amerikaya məxsus “olması”-dır?
Bəs, şizin, bu absurd, xəyali eyforiyadan silkələnib, ayılmağınızın vaxtı çatmayıb? Bu paradoksallıq nəinki İran tərəfindən, Hətta mərkəzində olduğunuz NATO tərəfindən də qəbul edilmir.
Yerigəlmişkən, Ukraynanı da, Rusiya ilə üz-üzə qoyan Amerika və onun Qərb yandaşları oldu.
Ukraynanı aldatdılar ki, sən Rusiya ilə müharibəyə gir, biz də səni NATO-ya qəbul edək filan.
Amma indi də deyirlər ki, Ukrayna hələ tam hazır deyil Nato alyansına qoşulmağa.
Bir sözlə, dünyada konfliktlər yaratmaqla, Bəzi dövlətləri öz “çətirləri” altında saxlamağa davam edirlər.
Bu da iyrənc Qərb siyasətinin mahiyyəti…
Arazmedia. Az
