Hörmətli cənab Prezident!
Kasıb müəllim ailəsiyik.
İki qardaşım müharibə iştirakçılarıdır. Biri l qrup müharibə əlili, digəri isə, müharibə veteranıdır.
Valideynlərim 100 ilə yaxın Dövlətə və Xalqa xidmət ediblər.
Biz, yaşamaq üçün Şahbuz rayonunda, şəxsi Ata həyətimizdə bir dükan tikə bilmirik.
Buna bəzi məmurlar imkan vermirlər. Şahbuz rayon İcra Hakimiyyəti deyir, bizlik deyil, biz icraçıyıq.
Naxçıvan şəhərsalma komitəsi də, müxtəlif bəhanələr gətirərək, bizə qərəzli şəkildə mane olur.
Sizin Naxçıvan üzrə səlahiyyətli nümayəndəniz Ceyhun Cəlilov da məsələdən xəbərdardır.
Lakin bizə kömək edən yoxdur.
İş orasındadır ki, bu qadağa təkcə bizə, iki qazisi olan ailəmizə tətbiq olunub.
Rayonda hhər kəs nəsə tikir, qurur. Heç kim onlara mane olmur.
Sizdən xahiş edirəm, ya bizə 50 illik şəxsi həyətimizdə tikintiyə icazə verilsin, ya da da insan kimi yaşaya biləcəyimiz bir dövlətdə ailəlikcə yaşamağımıza şərait yaradılsın.
Fariz Quliyev
Araz Media xəbər portalı
