
Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında növbəti faciəvi hadisə baş verib.
Arazmedia.az xəbər verir ki, ölüm hadisəsi nəticəsində Gürcüstan vətəndaşı həyatını itirib. Bu, son aylarda liman ərazisində baş verən ilk hadisə deyil. Təəssüf ki, bu cür halların təkrarlanması təhlükəsizlik tədbirlərinin yetərsiz olduğunu bir daha gündəmə gətirir.İnsan həyatı bu qədər dəyərsiz olmamalıdır. Aidiyyəti qurumlar bu hadisəyə ciddi yanaşmalı, şəffaf araşdırma aparmalı və məsuliyyət daşıyan şəxslər cəzalandırılmalıdır.