Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 8-də Afinaya səfər edəcək. Arazmedia.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb. O, səfər zamanı Yunanıstanın xarici işlər naziri Yorqos İerapetritis ilə görüşəcək. Məlumata görə, Yerapetritisin 5 sentyabr 2023-cü ildə Ankaraya işgüzar səfərinə cavab olaraq baş tutacaq. Səfər zamanı iki nazirin regional məsələləri, xüsusilə Yaxın Şərqi, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcəyi gözlənilir. Share