Fransada 15 yaşlı yeniyetmə İsrail prezidenti İsaak Hersoqa qarşı onlayn hədə-qorxu ilə bağlı saxlanılıb. Arazmedia.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmə valideynləri ilə birlikdə Parisin İvri-sür-Seyn qəsəbəsində yaşayır. Qeyd olunur ki, o, Olimpiya oyunlarının açılışı üçün Parisdə olan hersoqu hədələdiyini etiraf edib. Məlumata görə, təhlükəni vilayət polisinin antiterror bölməsi araşdırıb. Share