Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Arazmedia.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan G. Məmmədəliyeva turnirlə vidalaşmalı olub.
Qeyd edək ki, Azərbaycan cüdoçusu Yaşar Nəcəfov da turnirlə vidalaşıb.