Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Arazmedia.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan G. Məmmədəliyeva turnirlə vidalaşmalı olub. Qeyd edək ki, Azərbaycan cüdoçusu Yaşar Nəcəfov da turnirlə vidalaşıb. Share