Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Arazmedia.az xəbər verir ki, “Neftçi” səfərdə “Kəpəz”in qonağı olub. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 44-cü dəqiqədə penaltidən Mate Kvirkviya vurub.
Bu qələbədən sonra ilk xallarını qazanan “sarı-göylər” 3-cü pillədə qərarlaşıb. Xalı olmayan “ağ-qaralar” isə 8-cidir.