DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Polis Cəlilabadda əməliyyat keçirdi – Saxlanılanlar var

1 dəqiqəyə oxunur

Cəlilabadda saxlanılan narkokuryerlərdən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və həblər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Əliqasımlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Bayram Ələkbərov və Ramin Məmmədov sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Keçirilən baxış zamanı həmin şəxslərə məxsus bağlamanın içərisindən 5 kiloqramdan artıq heroin, 2 kiloqramdan artıq marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla B.Ələkbərov və R.Məmmədovun İranda yaşayan narkotacir vasitəsilə əldə etdikləri həmin narkotik vasitələri müxtəlif ünvanlara çatdırmaqla satışını təşkil etməli olduqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır