![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2023/05/1668160013_1655712254_1654666849.1648878944.1646219449.neft_126-3.jpg?resize=600%2C400&ssl=1)
Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.
Arazmedia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,15 ABŞ dolları və ya 0,2 % azalaraq, 78,81 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.