“Bu il artıq Rumıniyaya qazın nəqli başlayıb. Yunanıstan, İtaliya və Bolqarıstana qaz nəql edilir, Albaniyada qazpaylayıcı şəbəkənin yaradılması layihəsinə sərmayə qoyuluşuna dair danışıqlar aparılır”. Arazmedia.az
xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında deyib.
Albaniyanın tranzit ölkəsi olmasına baxmayaraq, qazpaylayıcı şəbəkəyə malik olmadığını bildirən dövlətimizin başçısı deyib: “Biz həmin şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq. Hazırda biz 6 ölkəyə qaz ixrac ediriksə, işlər qrafik üzrə getsə və fors-major halları olmasa, ölkələrin sayı bir ilə 10 ola bilər. Bu, hələ yekun deyil”.