DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Türkiyə seçkiləri: 1 milyondan çox insan səs verib

1 dəqiqəyə oxunur

Türkiyə xaricində prezident və parlament seçkiləri üçün səs verən şəxslərin sayı 1 milyonu keçib.

Arazmedia.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.

İndiyədək ölkə xaricindəki seçicilərin 1 milyon 7 min 165 nəfəri səsvermə hüququndan istifadə edib.

Səsvermə mayın 14-də saat 17:00-da gömrük qapılarında, mayın 9-da isə xarici nümayəndəliklərdə başa çatacaq. Xaricdə seçici siyahısında qeydə alınmış seçicilər 24 saat ərzində səs verə bilərlər.

Xaricdə 3 milyon 416 min 98 seçici səs verəcək. İlk dəfə səs verəcək seçicilərin sayı 277 min 646 nəfərdir.

Qeyd edək ki, Türkiyə xaricində səsvermə aprelin 27-də başlayıb.