Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
“Unikal”ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.Nəticədə Seyidrüstəm Əliyev hadisə yerində dünyasını dəyişib.
“Priora”da olanlar 2001-ci il təvəllüdlü Fikrət Bağırov, 2000-ci il təvəllüdlü Toğrul Quluzadə , həmyaşıdı Zirəddin Mahmudov və 2002-ci il təvəllüdlü Azər Mahmudov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki qəzada ölən S. Əliyev polis zabiti olub, Gədəbəy Rayon Polis Şöbəsində əməkdaşı olub.