Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Arazmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb. Yolu keçən kənd sakini, 1967-ci il təvəllüdlü Məlikov Sərraf İldır oğlunu avtomobil vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır. Share