Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb. Arazmedia.az xəbər verir ki, izdihamda 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. Məlumata görə, şəhərin Site adlanan bölgəsində yerləşən fabrikin rəhbərliyi işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb. Qida məhsullarının paylanması zamanı təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdiham yaşanıb, nəticədə 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər ölüb. Share