DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ərzaq yardımında izdiham yaşandı – 11 nəfər öldü

1 dəqiqəyə oxunur

Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb.

Arazmedia.az xəbər verir ki, izdihamda 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Məlumata görə, şəhərin Site adlanan bölgəsində yerləşən fabrikin rəhbərliyi işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.

Qida məhsullarının paylanması zamanı təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdiham yaşanıb, nəticədə 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər ölüb.