DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Rusiyaya getməyin” – Almaniya vətəndaşlarına çağırış etdi

1 dəqiqəyə oxunur

Almaniya Xarici İşlər Nazirliyi Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edib və Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb.

Arazmedia.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bazar ertəsi yaydığı bəyanatda deyilir.

Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyi Ukrayna ilə həmsərhəd şəhərlərə səfərlərə qarşı xəbərdarlıq edib. Məlumatda qeyd olunub ki,  Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara getməyə dəyməz.

“Rusiya hökuməti 2023-cü il fevralın 20-dən fevralın 26-dək bir sıra tədbirlər, o cümlədən 23 və 24 fevral tarixlərində bayram günləri keçirməyi planlaşdırır. Xüsusilə sayıq və diqqətli olun, böyük izdihamdan qaçın”, – mesajda vurğulanır.