“BMT baş verən güclü zəlzələlərdən sonra Türkiyə və Suriyaya humanitar yardım olaraq BMT-nin Böhranlara Cavab Fondundan 25 milyon dollar ayırıb”.
Arazmedia.az xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ayrılan vəsait regionda təcili xilasetmə fəaliyyətlərinə yönləndiriləcək:
“BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib ki, o, bölgədə insanların tək olmadıqlarını və humanitar icmanın onları bu böhrandan çıxış yolunda hər addımda dəstəkləyəcəklərini təmin etmək istəyir. Bölgədə fövqəladə halların qiymətləndirilməsi davam edir.
Zəlzələdən zərər çəkmiş 10 əyalətdə yaşayan 15 milyon insanın 1,7 milyonunu suriyalı qaçqınlar təşkil edir. Türkiyədə bütün səylər hazırda axtarış-xilasetmə işlərinə yönəlib və UNICEF hökumətlə fəlakət və fövqəladə halların idarə edilməsi üzrə koordinasiyalı çalışır”.