DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

“Rus sülhməramlılarının mandatı məhdudlaşdırılmalıdır” – Aydın Hüseynov

1 dəqiqəyə oxunur

Azərbaycan ekoloqları və jurnalistlərinin qanundan kənar fəaliyyətləri yoxdursa, niyə Xankəndinə buraxmırlar? Jurnalistlərə qarşı göstərdiyi zorakılıq öz səlahiyyətlərini aşmaq, Azərbaycanın suveren hüquqlarına qarşı çıxmaq deməkdir. Rusiya sülhməramlılarının bu fəaliyyəti qəbulolunmazdır”.

Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov Sonxeber.az-a açıqlamasında deyib.

O həmçinin qeyd edib ki,bu gedişlə Rusiya sülhməramlılarının mandatı məhdudlaşdırılmalıdır:

“Ermənistan 30 ildən çoxdur ki, Azərbaycanın həm yerüstü, həm yeraltı sərvətlərini talayır və bu gün də talançılıqla məşğuldur. Ona görə də ekoloji monitorinq keçirməsi Azərbaycanın suveren hüququdur. Azərbaycan ekoloqları və jurnalistlərinin qanundan kənar fəaliyyətləri yoxdursa, niyə Xankəndinə buraxmırlar?
Sülhməramlılarn hərəkəti təəccüb doğurur. Rusiya sülhməramlı kontingenti öz üzərinə düşən missiyanı pozur. Onlar uzunmüddətli sülh üçün zəmin yaratmalıdırlar. İndi isə Azərbaycana qarşı hörmətsizlik göstərirlər. Jurnalistlərə qarşı göstərdiyi zorakılıq öz səlahiyyətlərini aşmaq, Azərbaycanın suveren hüquqlarına qarşı çıxmaq deməkdir. Rusiya sülhməramlılarının bu fəaliyyəti qəbulolunmazdır. Bu gedişlə onların mandatı məhdudlaşdırılmalıdır. Onlar Ermənistana, eləcə də separatçılara fəaliyyətinə dəstək vermiş olurlar. Onların fəaliyyətinə yenidən baxılmalıdır”.