DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

110 – nömrəli məktəbdə 8 Noyabr- “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

1 dəqiqəyə oxunur

Ələt qəsəbəsindəki 110-nömrəli orta məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcıları qonaqları salamlayaraq hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər.
Sonra şəhid və qazilərimizə həsr olunmuş videoçarx nümayiş olunub.

Ələt qəsəbə şəhidi məktəbin adını üzərində daşıyan Seyfulla Məmmədovun ailə üzvləri Şəhidin qəhrəmanlıqlarından və şəhidlik məqamına ucalmalarından böyük qürur hissi keçirdiklərini bildiriblər.

Daha sonra isə 110-nömrəli məktəbin həyətində şəhid Seyfulla Məmmədovun abidəsinin açılışı olub.

Arazmedia.az xəbər verir ki, şəhidin abidəsinin açılışında Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Aydın Hüseynov, Ələt bələdiyyə sədri Azad Musayev, qəsəbənin icra nümayəndəsi Altay Əliyev, qəsəbə icması, məktəbin müəllim və şagird heyəti həmçinin digər qonaqlar iştirak ediblər.

Hacıağa Qayıbov