Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar olub.
Arazmedia.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb.
Paytaxtın mərkəzində, Şevçenskivski rayonunda bir neçə partlayış baş verib”, – Kliçko bildirib.
Şəhərə açıq-aşkar hücumlar Rusiyanı işğal olunmuş Krımla birləşdirən yeganə körpünün partlayış nəticəsində zədələnməsindən iki gün sonraya təsadüf edib.