Ukrayna 2022-ci ilin fevral ayından bəri Qərb ölkələrindən 200 milyard dollar alıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının (NBU) rəhbəri Andrey Pışnıy məlumat yayıb.
Onun sözlərinə görə, söhbət “nəhəng məbləğdən” gedir. Pışnıy həmçinin bildirib ki, Qərbdə Ukraynanın maliyyələşdirilməsinə ehtiyac Avropa təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirilməyə başlayıb.
Bundan əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Komissiyasının Ukraynaya Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirin beşinci tranşını göndərdiyini açıqlamışdı.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə 2022-ci ilin fevralın 24-də başlayıb və bugünkü günə kimi davam edir.