Psixoloq Musa Məmmədzadə məktəbdə baş verən zorakılıq hadisəsi ilə bağlı arazmedia.az-a açıqlamasında bildirib ki, dünyada heç bir uşaq günahkar deyil.
” Videonun altındakı rəyləri oxuyanda, bir hekayə yadıma düşdü… O vaxt, kəndimizdə bir canavar ölmüşdü. Hamı canavarın necə böyük və vahiməli olduğundan danışırdı. Heç kim onun niyə öldüyünü demirdi. Eyni, bugünki situasiya kimi. Hər kəs, zorakılıq tətbiq etməyə məcbur qalan uşağı günahlandırır, söyür. Hər kəs günahlar axtarmağa çalışır. Mən bizim qanunlarımıza və polislərimizə güvənirəm. Düzünü desəm, mən də pis oldum. Amma unutmayaq ki, günahkar uşaq yoxdur. Günahkar valideyn, günahkar cəmiyyət var. Uşaq saf, təmiz, ağ vərəq kimi dünyaya gəlir. Lakin, sevgisizlik, gördüyü mənfi hadisələr onun şəxsiyyət kimi formalaşmasına təsir edir.
Adətən, özgüvəni olmayan uşaqlar öz gücünü təsdiq etmək üçün, özündən zəifləri əzirlər. Daxilən, özünü təsdiqləmə hissinə ehtiyacları olur. Uşaqlar göstərməyə yaxşı şey olmadıqda, başlayırlar mənfi şeylər göstərməyə. Hansı ki, bugünki situasiya kimi. Bəlkə də o uşağın göstərməyə sevgisi, dostluğu yox idi. Bunun da günahkarı o uşağa yetərli qədər sevgi verməyən , göstərməyən cəmiyyət, valideynlərdir. Amma təbii ki, o hərəkətin səbəbi tək qeyd etdiklərim deyil, uşaqda psixi problemlər belə ola bilər.
Məni ən çox maraqlandıran, bulinqə, şiddətə məruz qalan uşağın taleyi olacaq. Bəlkə də, o da özünü, öz gücünü təsdiqləmək üçün, özündən zəif birinə şiddət göstərəcək. Bəlkə də, travmada onda tam başqa fəsadlar yaradacaq.
O videoları paylaşıb, uşaqları söyməklə heç nə əldə etməyəcik. Hətta, şiddət göstərən oğlan da hazırda sosial şəbəkədə şiddətə, bulinqə məruz qalır. Polislərimiz, qanunlarımız öz sözünü deyəcək zatən. Bizim əlimizdən gələn, evimizdəki övladımıza düzgün tərbiyə vermək, diqqətdən və sevgidən kənarda qoymamaqdır. “