DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

XİN Kabildə Rusiya səfirliyinə terror hücumunu pislədi

1 dəqiqəyə oxunur

5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatının, habelə əfqan vətəndaşlarının vəfat etməsi xəbərini kədərlə qarşılayırıq.

Bu barədə Arazmedia.az-a XİN-dən bildirilib.

“Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbuledilməzdir.

Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir və yaralıların tezliklə sağalmasını diləyirik”, – qeyd olunub.