Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olan nümayəndə heyətinin tərkibinə təşkilatın baş icraçı direktoru Əfqan Nİfti, “İrs” fondunun vitse-prezidenti Ceyms Karafano və elmi işçisi Entoni Kim daxil olub. Görüş zamanı qonaqlara yükdaşımaların həcminin artırılması və Şərq-Qərb ticarətini birləşdirən regional qovşaq kimi Bakı Limanının oynadığı mühüm rol barədə məlumat verilib.
Bundan əlavə, Bakı Limanının 2-ci inkişaf mərhələsinə Amerikalı investorların və bizneslərinin iştirakının vacibliyi də müzakirə edilib.
İştirakçılarla logistika və qlobal ticarətdə “Orta Dəhliz”in strateji əhəmiyyəti barədə məlumatlılığın artırılması üçün birgə tədqiqat layihələrinin həyata keçirilməsi üçün razılıq əldə edilib.
Arazmedia.az