Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1500-ə çatıb.
Arazmedia.az xəbər verir ki,bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, təbii fəlakət nəticəsində 2000-dən çox yaralı var
Cəmi bir neçə dəqiqə çəkməsinə baxmayaraq, zəlzələnin ciddi dağıntı və tələfata yol açdığı bildirilir. Bir neçə kənd tamamilə dağıdılıb, dağıntılar altında hələ də insanların qaldığı bildirilir.
Təbii fəlakət bir neçə əyalətdə tələfat və dağıntılara səbəb olub, lakin ən çox ziyan Paktika, Nanqarhar və Host əyalətlərində meydana gəlib.