Formula 1 azarkeşlərinin və işçi heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılmış 3500-dən çox beton blok artıq yığışdırılıb.
Bu barədə Arazmedia.az-a Bakı Şəhər Halqasından məlumat verilib.
Bununla, Formula 1 Azərbaycan Qran Prisinin keçirildiyi yollar nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib.
Xatırladaq ki, Bakı şəhərinin ev sahibliyi etdiyi 2022–ci il Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutub.