DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Robert Köçəryanın oğlu yenə SAXLANILDI – FOTO

1 dəqiqəyə oxunur

Bu gün səhər saatlarından Ermənistanda aksiya keçirən “Müqavimət” hərəkatının üzvləri İrəvanın mərkəzindəki Baqramyan prospektini yenidən bağlayıblar.

Arazmedia.az “Unikal”a istinadən xəbər verir ki, hadisə yerinə gələn polis nümayişçiləri ərazidən uzaqlaşdırıb, bəzi fəallar isə saxlanılıb.

Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryanın oğlu Levon Köçəryan da var. O, polis maşınına özü oturacağını deyərək onu itələməməyi və başına toxunmamağı tələb edib. Köçəryan maşına minməzdən əvvəl mübarizənin dayandırılmayacağını bəyan edib.

Qeyd edək ki, “Müqavimət” hərəkatı səhər saat 8-dən bütün paytaxtda dinc itaətsizlik aksiyalarına başlayıb.