Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.
Arazmedia.az xəbər verir ki, komanda bu gün 35-ci turda səfərdə “Sibenik”ə 2:0 hesabı ilə qalib gələrək buna nail olub. Bu qələbə ilə xalını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi “Hayduk” üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib. Mahir sözügedən görüşdə sonadək ehtiyatda qalıb.
“Sibenik” – “Dinamo” (Zaqreb) – 0:2
Qollar: Toliç, 40, Boçkay, 53
Beləliklə, “Dinamo” tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.