“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilib.
Arazmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmanla “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda aşağıdakı dəyişikliklər edilir:
2.3-cü bənddən “(yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər xüsusi təhsil müəssisələrinin idarə edilməsi istisna olmaqla)” sözləri çıxarılsın;
2.4-1-ci bənd ləğv edilsin.