Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb.
Arazmedia.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.
Belə ki, Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.
Daxili İşlər Nazirliyi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır, jurnalistən izahat alınıb.