Prezident Kasım-Jomart Tokayev Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum elan edib.
Arazmedia.az xəbər verir ki, bu barədə Prezident Qazaxıstan Xalqları Assambleyasının XXII sessiyası zamanı danışıb.
“Referendum ən mühüm demokratik institutdur, lakin Qazaxıstanda sonuncu dəfə 1995-ci ildə hazırkı Konstitusiyanın təsdiq edildiyi vaxt keçirilib. Daha sonra “Referendum haqqında” Konstitusiya qanunu qəbul edilib, ancaq bu, heç vaxt həyata keçirilməyib”, – ölkə lideri bildirib.
Dövlət başçısının fikrincə, konstitusiyanın ümumxalq səsverməsi yolu ilə dəyişdirilməsi xalqın iradəsinin parlaq təzahürü olacaq:
“Referendum hər bir vətəndaşa ölkənin taleyinin həllində bilavasitə iştirak etməyə imkan verəcək və hərtərəfli demokratikləşmə və Yeni Qazaxıstanın qurulması istiqamətində kursumuzu gücləndirəcək”.