Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb. Bu barədə Arazmedia.az-a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. “Hal-hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur”, – deyə məlumatda bildirilib. Share