ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
O bildirib ki, hazırda onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirirlər.
O.Arestoviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün yeni silah növlərinin tədarükü ilə bağlı razılıq əldə oluna bilər: “Buna hazır olmasaydılar, gəlməzdilər”.