DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Cüdo üzrə Azərbaycan millisi Avropa Kubokunun çempionu oldu

1 dəqiqəyə oxunur

Cüdo üzrə Azərbaycan millisi Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa Kubokunda ümumi hesabda çempion olub.

Arazmedia.az xəbər verir ki, 25 ölkədən 257 idmançının qatıldığı turnirdə 10 cüdoçu ilə təmsil olunan yığma 4 qızıl və 1 bürünc medal qazanıb.

Bununla da Azərbaycan medal əyarına görə, komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, millinin heyətində İsmayıl İbrahimov (66 kq), Nəriman Mirzəyev (73 kq), Zelim Tçkayev (81 kq) və İmran Yusifov (+100 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala sahib çıxıb.