Rusiya Federasiyasının Ukraynaya silahlı hücumu nəticəsində 191 uşaq həlak olub.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“2022-ci il aprelin 13-də səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının silahlı hücumu nəticəsində Ukraynada 540-dan çox uşaq xəsarət alıb. Eyni zamanda, 191 uşaq ölüb, 349-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda deyilir.