DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Bu ölkənin prezidentləri Zelenski ilə görüşmək üçün Kiyevə gedir

1 dəqiqəyə oxunur

Litva, Polşa, Estoniya və Latviya prezidentləri Ukrayna lideri bu gün Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedir. 

Arazmedia.az xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda “Twitter”də yazıb.

“Biz Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanırıq. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək”, – deyə o, qeyd edib.

Polşa prezidentinin administrasiyası Ukraynanın paytaxtında dörd dövlətin başçısının Zelenski ilə görüşəcəyini təsdiqləyib.