Rusiyanın Ukraynaya hücumu nəticəsində 161 uşaq həlak olub, 264 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun xəbərində bildirilib.
Qeyd edilib ki, öldürülən uşaqların əksəriyyəti Kiyev vilayətində, Xarkovda, Donetskdə, Çerniqovda, Nikolayevdə, Kiyev şəhərində, Jitomirdə, Xersonda və Sumıda olub.
Müharibə nəticəsində 869 təhsil müəssisəsi zədələnib, onlardan 83-ü tamamilə dağıdılıb.