Avropa Komissiyası Rusiyadan “mavi yanacağın” tədarükünün rublla ödənilməsini mümkün hesab etmir.
Arazmedia.az xəbər verir ki, bu barədə Aİ-nin enerji komissarı Kadri Simson “Twitter”-də bildirib.
“G7-nin energetika nazirləri və Avropa Komissiyası Rusiya prezidenti Vladimir Putinin qaz tədarükünün rublla ödənilməsi tələbini rədd etdilər. Buna görə də G7 tərəfdaşları öz ölkələrində yerləşən şirkətləri bu cür tələblərlə razılaşmamağa çağırır”, -deyə o, qeyd edib.