“Toyota Motor” şirkəti Rusiyada avtomobil istehsalını dayandırıb.
Arazmedia.az TASS-a istinadən xəbər verir ki, korporasiya eyni zamanda Rusiyaya hazır avtomobil ixracını da dayandırıb. Bu qərar təchizatda yaranan problemlərlə izah olunur.
Şirkətin açıqlamasında bildirilir ki, Sankt-Peterburqdakı zavodda ehtiyat hissələri olmadığına görə istehsal tam dayanıb. İxrac zəncirindəki problemlərə görə Federasiyaya avtomobil ixracı da dayandırılıb.