Rusiya hərbçiləri Xerson televiziya qülləsinə nəzarəti ələ keçirib.
Arazmedia.az xəbər verir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Gennadi Lahuta məlumat yayıb.
Lahuta bildirib ki, ruslar televiziya qülləsini ələ keçirməsindən istifadə edərək, “Rusiyaya təslim olma və sülh müqaviləsi” haqqında dezinformasiya yaymaq üçün istifadə edə bilərlər.
O, saxta xəbərlərə aldanmamaq üçün xəbərdarlıq edib.