DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Avropa Bakıdan qaz istəyir: gücümüz nə qədərdir?

3 dəqiqəyə oxunur
12 Punto
14 Punto
16 Punto
18 Punto

Azərbaycan hər zaman etibarlı tərəfdaş olduğunu təsdiqləyib və enerji satışını siyasi təzyiq alətinə çevirməyib. Eyni zamanda mavi qaza tələbatın artdığı zaman fürsətdən istifadə edərək, satış qiymətləri ilə bağlı sazişlərin yenilənməsini də tələb etməyib – ədalətli və bazar əxlaqına uyğun partnyor olduğunu illərdir sübut edib. Buna görə də Azərbaycan Avropa üçün cəlbedici ölkələrdən birincilər sırasındadır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı Aydın Hüseynov Avropa Birliyinin Azərbaycandan qaz idxalını artırmaqla bağlı istəyini qiymətləndirərkən deyib.

4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısına toxunan millət vəkili Prezident İlham Əliyevin çıxışı zamanı Azərbaycanın güvənilən bir tərəfdaş olduğunun tam xarakterizə edildiyini xatırladıb:

“Prezident qeyd etdi ki, Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. 2006-cı ildən neft ixracına başlamışıq və bu vaxta qədər təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm olmayıb. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb.

Bu, Azərbaycanın beynəlxalq öhdəliklərə uyğun, ədalətli və şəffaf siyasətinin təzahürüdür”.

İqtisadçı Azərbaycanın qaz ehtiyatların kifayət qədər geniş olduğunu bildirib:

“Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Ən böyük qaz yataqlarımızdan olan “Abşeron”da hasilat yaxın vaxtlarda başlayacaq. Prezidentin qeyd etdiyi kimi, “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq.

Digər ümidverici yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. “Azəri-Çıraq-Günəşli”dən də böyük gözləntilər var. Texnoloji yenilikləri nəzərə alsaq, daha mühüm qaynaqların tapılıb-işlənməsi ehtimalı da çoxalır. Yəni ölkəmiz bu baxımdan böyük potensiala malikdir”.

Millət vəkilinin sözlərinə görə, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqli yaxın zamanda artmağa davam edəcək:

“Ötən il Azərbaycan Avropaya 7 milyard kub metr qaz nəql edib. 2022-ci ildə qaz nəqlinin 10 milyard kub metrə qədər artacağı gözlənilir. İkinci mərhələdə isə bu rəqəm 20 milyard olacaq. Cənub Qaz Dəhlizinin nəql gücü 31,5 milyard kubmetrdir və bu həcm tam təmin olunduğu halda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq”.

A.Hüseynov Cənub Qaz Dəhlizinin tam gücü ilə işləməsinin Azərbaycanın da nüfuzunu artıracağını vurğulayıb:

“Bu isə Azərbaycanın və ümumilikdə regionun təhlükəsizliyinin güclənməsi üçün mühüm faktdır. Avropa öz enerji təhlükəsizliyini təmin edən etibarlı tərəfdaşının təhlükəsizlik məsələlərində daha həssas olacaq, eyni zamanda, bu, post-münaqişə dövründə rəsmi Bakının imkanlarını genişləndirəcək. Qaz nəqlinin artması Azərbaycana əlavə olaraq külli miqdarda vəsaitin daxil olması deməkdir. İlkin hesablamalara görə, bu dəhliz Azərbaycana 100 milyard qazandıracaq.

Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunun yüksəlməsi həm də ölkəmizə investisiya axını və regionun ümumilikdə iqtisadi inkişafında yeni mərhələ ola bilər”.