DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Barselona” fondunun vitse-prezidenti istefa verdi

1 dəqiqəyə oxunur

Barselona” fondunun vitse-prezidenti Alfons Qodall ispan tennisçi Rafael Nadal haqqında yazdığı qalmaqallı tvitdən sonra istefa verib.

Arazmedia.az xəbər verir ki, Nadalın Avstraliya Açıq çempionatının finalında tennisçi Daniil Medvedev üzərində qələbəsindən sonra Qodal tviter səhifəsində Nadalın düşmən dövləti təmsil etdiyini yazıb.

Bu yazıdan sonra Qodall tənqidlərə məruz qalıb. “Sport.es”in məlumatına görə, sponsorlardan biri “Barselona” fondundan dəstəyi geri çəkə biləcəyi barədə xəbərdarlıq edib. Bununla əlaqədar Qodall istefa verdiyini açıqlayıb.

“Məşhur bir şəxs haqqında mənim fikrim olan bir tvit bəzi şirkətlərin və medianın təzyiqi altında “Barselona” fonduna zərər verə bilər. Mən fondun mənə görə pul itirməsini istəmirəm. Buna görə də mən istefa verirəm”, – Qodall yazıb.

Qeyd edək ki, Kataloniya uzun müddətdir ki, İspaniyadan müstəqillik əldə etməyə çalışır.