Tovuz rayonunda gənc qız dəm qazından boğulub. Arazmedia.az “Unikal”a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Qasımova Leyla Asif qızı yaşadığı evin həyətindəki hamamda olarkən dəm qazından boğulub. L.Qasımovanın meyiti bir müddətdən sonra hamamdan tapılıb. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Share