DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ərdoğanın Ukraynaya səfər proqramı açıqlandı

1 dəqiqəyə oxunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə bu gün – fevralın 3-də Ukraynaya səfər edəcək.

Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilib.

Bildirilir ki, prezidentlər arasında görüş keçiriləcək. Səfər çərçivəsində iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə Türkiyə-Ukrayna Ali Səviyyəli Strateji Şuranın 10-cu toplantısı keçiriləcək.

Şuranın toplantısında müxtəlif müqavilə və razılaşmaların, habelə Azad Ticarət Müqaviləsinin imzalanacağı nəzərdə tutulub.