DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ermənistan daha 1 hərbçisinin öldüyünü etiraf etdi

1 dəqiqəyə oxunur

Ermənistan Müdafiə Nazirliy Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədirkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb.

Arazmedia.az xəbər verir ki, zərərsizləşdirilən erməni hərbçi 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır.

Bununla da məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb.

Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşməsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində düşmənin itki verərək geri çəkilib.