Ermənistanın Müdafiə Nazirliyi ehtiyatda olan zabitlərin, kiçik rütbəli çavuşların təlim-məşqlərə cəlb edib.
Arazmedia.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat yayılıb.
Təlimin müddəti 15 yanvar 2022-ci il tarixindən 15 aprel 2022-ci il tarixədək üç ay ərzində keçiriləcək.
“Təlim-məşq toplanışına 65-ə qədər vətəndaş cəlb olunacaq ki, onlardan 20-si tibb, 45-i isə mühəndis-texniki ixtisaslara malik sıravi kiçik çavuşların ehtiyatda olan zabitləri olacaq” – deyə KİV-lərdə yazılıb.