DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Nazirdən qanunsuz tikililərlə bağlı AÇIQLAMA

1 dəqiqəyə oxunur

Fövqəladə Hallar Nazirliyi (FHN) tikintidə qanunsuzluqlara da nəzarət edir.

Arazmedia.az xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Nazirin sözlərinə görə, qanunsuz tikililərə rast gəlinir, bunun isə obyektiv və subyektiv səbəbləri var. Kəmaləddin Heydərov neçə illərdir bu cür tikililərin olduğunu xatırladıb və əlavə edib ki, onları müəyyən etmək, yeni sənədlər təqdim etmək müəyyən vaxt aparır.

O, hazırda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qanunsuz tikililərə qarşı birgə işlərin aparıldığını diqqətə çatdırıb.

Kəmaləddin Heydərov qanunsuz tikililərə qarşı tədbirlərin müvəffəqiyyətlə davam etdirildiyini də vurğulayıb.