Yaponiyanın cənub-qərbindəki Tokara ərazisində 6 bal gücündə zəlzələ baş verib.
Arazmedia.az xəbər verir ki,Yaponiya Meteorologiya Agentliyi (JMA) həftə sonundan bəri 200-dən çox kiçik miqyaslı təkanların yaşandığı Tokara arxipelaqının cənub-qərbində 6 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Zəlzələlərin davam edə biləcəyini və şiddətinin arta biləcəyini qeyd edən JMA, bölgə xalqını tədbir görmələri ilə bağlı xəbərdarlıq edib.