Sumqayıtda yol qəzası olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 26-da saat 23 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Dərhal başlanılan əməliyyat tədbirləri ilə həmin şəxsin Sumqayıt şəhər sakini Seymur Abdalov olması, yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini N.Yaqubov Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.